• Home  
  • Rusiya səfiri Danimarka XİN-ə çağırılıb
- Dünya - Gündəm - Siyasət

Rusiya səfiri Danimarka XİN-ə çağırılıb

Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Əks-səda Danimarka XİN-in “X” sosial şəbəkəsindəki paylaşıma istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Lars Lekke Rasmussen bildirib. “Silahlı qüvvələrin məlumatına görə, Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus helikopterlərdən biri Gedser yaxınlığındakı sularda Rusiya freqatının planlı fotoçəkilişi zamanı siqnal raketləri ilə atəşə […]

Siyasət

Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Əks-səda Danimarka XİN-in “X” sosial şəbəkəsindəki paylaşıma istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Lars Lekke Rasmussen bildirib.

“Silahlı qüvvələrin məlumatına görə, Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus helikopterlərdən biri Gedser yaxınlığındakı sularda Rusiya freqatının planlı fotoçəkilişi zamanı siqnal raketləri ilə atəşə tutulub. Bu, tamamilə qəbuledilməzdir. Bununla əlaqədar olaraq Rusiya səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb”, – məlumatda qeyd olunub.

Danimarkanın Baş naziri Mette Frederiksen də baş verənləri son dərəcə ciddi bir insident adlandırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.