• Home  
  • Rusiya Xerson və Xarkova zərbələr endirib: 2 nəfər ölüb, 31 nəfər yaralanıb
- Dünya - Gündəm

Rusiya Xerson və Xarkova zərbələr endirib: 2 nəfər ölüb, 31 nəfər yaralanıb

Rusiya qoşunlarının Ukraynanın Xerson və Xarkov vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 31 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər. Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Rusiyanın vilayətə endirdiyi zərbələr nəticəsində 1 nəfər həlak olub, 20 nəfər yaralanıb. Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq […]

Rusiya qoşunlarının Ukraynanın Xerson və Xarkov vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 31 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Rusiyanın vilayətə endirdiyi zərbələr nəticəsində 1 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, Rusiya qoşunları Xarkova və vilayətin daha 15 yaşayış məntəqəsinə raketlər, idarə olunan aviabombalar və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

“Xarkov vilayətinin atəşə tutulması nəticəsində 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb”, – o qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.