• Home  
  • Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
- Dünya - Gündəm - Hadisə

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb

Rusiyanın Ulyanovsk vilayətində X-32 “Bekas” tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb və bunun sayəsində insan tələfatı və dağıntıların qarşısını almaq mümkün olub. İlkin məlumata görə, pilot xəsarət alıb. Qeyd edək ki, X-32 […]

Hadisə

Rusiyanın Ulyanovsk vilayətində X-32 “Bekas” tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib.

Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb və bunun sayəsində insan tələfatı və dağıntıların qarşısını almaq mümkün olub.

İlkin məlumata görə, pilot xəsarət alıb.

Qeyd edək ki, X-32 “Bekas” tipli iki yerlik yüngül mühərrikli təyyarələr ənənəvi olaraq kənd təsərrüfatında, eləcə də təlim və müşahidə uçuşlarında istifadə olunur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.