• Home  
  • Rusiyanın şərqində ayılara görə yüksək hazırlıq rejimi tətbiq edilib
- Cəmiyyət - Dünya - Gündəm

Rusiyanın şərqində ayılara görə yüksək hazırlıq rejimi tətbiq edilib

Rusiya Federasiyasının (RF) şərqindəki Kamçatka diyarının Petropavlovsk-Kamçatski şəhərində ayıların şəhərə çıxması hallarının artması fonunda yüksək hazırlıq rejimi tətbiq edilib. Əks-səda xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. “Bu gün saat 18:00-dan etibarən Petropavlovsk-Kamçatski şəhər dairəsində ayıların peyda olması ilə əlaqədar həyata yaranan təhlükənin aradan qaldırılmasına yönəlmiş tədbirlərə cəlb olunan qüvvə və xidmətlər üçün yüksək […]

Rusiya

Rusiya Federasiyasının (RF) şərqindəki Kamçatka diyarının Petropavlovsk-Kamçatski şəhərində ayıların şəhərə çıxması hallarının artması fonunda yüksək hazırlıq rejimi tətbiq edilib.

Əks-səda xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

“Bu gün saat 18:00-dan etibarən Petropavlovsk-Kamçatski şəhər dairəsində ayıların peyda olması ilə əlaqədar həyata yaranan təhlükənin aradan qaldırılmasına yönəlmiş tədbirlərə cəlb olunan qüvvə və xidmətlər üçün yüksək hazırlıq rejimi tətbiq edilir”, – meriyanın saytında diyar mərkəzinin rəhbəri Andrey Vorovskidən sitat gətirilir.

Şəhərdə zibilin operativ şəkildə daşınmasına nəzarət gücləndirilir, valideynlərə uşaqları məktəbə qədər müşayiət etmək və geri gətirmək tövsiyə olunur. Şəhər sakinləri ayıq-sayıq olmağa çağırılır.

“İnterfaks”ın diyar hökumətinin məlumatlarına istinadən verdiyi xəbərə görə, təkcə ötən həftə yırtıcıların şəhərə çıxması barədə məlumatlardan sonra ovçular 11 ayını güllələyiblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.