• Home  
  • Rusiyanın Ukraynada “Ukrpoçta” deposuna endirdiyi zərbə nəticəsində iki nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Rusiyanın Ukraynada “Ukrpoçta” deposuna endirdiyi zərbə nəticəsində iki nəfər ölüb

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində “Ukrpoçta”nın çeşidləmə deposuna və səyyar şöbələrinin bazasına Rusiyanın “Banderol” dron-raketi ilə endirdiyi zərbə nəticəsində şirkətin iki qadın əməkdaşı həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “Ukrpoçta” SC-nin baş direktoru İqor Smilyanski “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, hücum nəticəsində şirkətin mexaniki də yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur. Smilyanski qeyd edib […]

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində “Ukrpoçta”nın çeşidləmə deposuna və səyyar şöbələrinin bazasına Rusiyanın “Banderol” dron-raketi ilə endirdiyi zərbə nəticəsində şirkətin iki qadın əməkdaşı həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə “Ukrpoçta” SC-nin baş direktoru İqor Smilyanski “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində şirkətin mexaniki də yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur.

Smilyanski qeyd edib ki, zərər çəkmiş depo Pavloqrada və rayonun yaxınlıqdakı kəndlərinə xidmət göstərirdi.

Eyni zamanda o vurğulanıb ki, pensiyaların, dərmanların, bağlamaların və məktubların çatdırılması qrafik üzrə davam etdiriləcək, lakin ilk günlərdə proseslərin yenidən tənzimlənməsi səbəbindən kiçik gecikmələr mümkündür.

“Zərbə zamanı məhv edilmiş hər şeyi müştərilərə mütləq kompensasiya edəcəyik”, – o vurğulayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.