• Home  
  • Sabah hava yağıntılı keçəcək
- Cəmiyyət - Gündəm - Ölkə

Sabah hava yağıntılı keçəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 6-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əks-səda xidmətə istinadən xəbər verir ki, gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv yağış olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-15° […]

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 6-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Əks-səda xidmətə istinadən xəbər verir ki, gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv yağış olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağışların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi, gecə saatlarında yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.