• Home  
  • “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
- Gündəm - Idman - Ölkə

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb

“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Əks-səda xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib – 3:2 Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, […]

İdman

“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Əks-səda xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib – 3:2

Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.

Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.

Beləliklə, “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.