• Home  
  • Sahibə Qafarova Qətərin sabiq Əmirinin dəfn mərasimində iştirak üçün Dohaya gedib
- Gündəm - Ölkə - Siyasət

Sahibə Qafarova Qətərin sabiq Əmirinin dəfn mərasimində iştirak üçün Dohaya gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfərə gedib. “Əks-səda” bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir. Məlumata görə, Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə […]

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfərə gedib.

Əks-səda” bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə Doha şəhərinə səfər edib.

Dohanın beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.