• Home  
  • Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
- Dünya - Gündəm - Siyasət

Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İordaniya Kralı II Abdullahın dəvəti ilə noyabrın 5-6-da Astanada işgüzar səfərdə olacaq. Əks-səda xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Mirziyoyev Akaba prosesi çərçivəsində Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak edəcək. Görüş iştirakçıları süni intellekt sahəsində təhlükəsizliyin təmin edilməsi, onun […]

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İordaniya Kralı II Abdullahın dəvəti ilə noyabrın 5-6-da Astanada işgüzar səfərdə olacaq.

Əks-səda xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Mirziyoyev Akaba prosesi çərçivəsində Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak edəcək.

Görüş iştirakçıları süni intellekt sahəsində təhlükəsizliyin təmin edilməsi, onun terror və ekstremist məqsədlərlə istifadəsinin qarşısının alınması, həmçinin yeni texnoloji çağırışlara və təhdidlərə cavab vermək işində beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Akaba prosesi – 2015-ci ildə İordaniya Kralı II Abdullah tərəfindən irəli sürülmüş beynəlxalq təşəbbüsdür. O, terrorizm və ekstremizmlə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, təcrübə mübadiləsinə və təhlükəsizlik sahəsində birgə səylərin əlaqələndirilməsinə yönəlib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.