Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrda Ermənistana səfər edəcək.
Əks-səda xəbər verir ki, bu, Türkmənistan lideri ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı məlum olub.
Söhbət zamanı tərəflər Ermənistan-Türkmənistan münasibətlərinin gələcək inkişafı və ikitərəfli gündəliyə dair məsələləri müzakirə ediblər.
N.Paşinyan və S.Berdiməhəmmədov ticari-iqtisadi əlaqələrin genişləndirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.
“Nikol Paşinyan bu ilin oktyabrında Ermənistanda BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransının (COP17) keçirilməsi mövzusuna toxunub və Sərdar Berdiməhəmmədovu Liderlərin sammitində iştirak etmək üçün Ermənistana dəvət edib. Türkmənistan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib”, – məlumatda bildirilib.


