• Home  
  • Serj Sarqsyanın ölkədən çıxışına qadağa qoyulub
- Gündəm - Hadisə

Serj Sarqsyanın ölkədən çıxışına qadağa qoyulub

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana ölkəni tərk etmək qadağan edilib. Əks-səda xəbər verir ki, bu barədə “Aysor” Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin bəyanatına istinadən məlumat yayıb. Qeyd olunub ki, Sarqsyana artıq ittiham irəli sürülüb. “Korrupsiyaya Qarşı Mübarizə Komitəsində istintaq edilən eyni cinayət icraatı çərçivəsində Ermənistan Respublikasının sabiq prezidenti Serj Sarqsyana Ermənistan Respublikası Cinayət Məcəlləsinin 18 aprel […]

Serj Sarqsyan

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana ölkəni tərk etmək qadağan edilib.

Əks-səda xəbər verir ki, bu barədə “Aysor” Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Sarqsyana artıq ittiham irəli sürülüb.

“Korrupsiyaya Qarşı Mübarizə Komitəsində istintaq edilən eyni cinayət icraatı çərçivəsində Ermənistan Respublikasının sabiq prezidenti Serj Sarqsyana Ermənistan Respublikası Cinayət Məcəlləsinin 18 aprel 2003-cü ildə qəbul edilmiş 308-ci maddəsinin 2-ci hissəsi (qüvvədə olan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğundur) ilə də ittiham irəli sürülüb”, – komitədən bildirilib.

Xatırladaq ki, Serj Sarqsyana ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı başlanmış cinayət işi çərçivəsində ittiham irəli sürülüb, ona da vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin üç epizodu, xüsusilə külli miqdarda rüşvət almanın iki epizodu və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasının dörd epizodu üzrə ittihamlar irəli sürülüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.