• Home  
  • Seutada ölən qanunsuz miqrantların sayı 88-ə yüksəlib
- Dünya - Gündəm - Hadisə

Seutada ölən qanunsuz miqrantların sayı 88-ə yüksəlib

Mərakeşdən İspaniyanın Seuta şəhərinə keçməyə cəhd edərkən ölən miqrantların sayı 88-ə çatıb. Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən bildirib. Bildirilib ki, əksər hallarda ölümün səbəbi suda boğulmadır. Yerli hakimiyyət orqanları 200 yerlik müvəqqəti morq yaradıblar və meyitlər buraya gətirilir. Dövlət təhlükəsizlik qüvvələrinin məlumatına görə, təxminən 73 500 miqrant Seutanı […]

Mərakeşdən İspaniyanın Seuta şəhərinə keçməyə cəhd edərkən ölən miqrantların sayı 88-ə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən bildirib.

Bildirilib ki, əksər hallarda ölümün səbəbi suda boğulmadır.

Yerli hakimiyyət orqanları 200 yerlik müvəqqəti morq yaradıblar və meyitlər buraya gətirilir.

Dövlət təhlükəsizlik qüvvələrinin məlumatına görə, təxminən 73 500 miqrant Seutanı tərk edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.