• Home  
  • “SpaceX” mühərrik probleminə görə “Starship”in buraxılışını son dəqiqədə ləğv edib
- Dünya - Gündəm - Texnologiya

“SpaceX” mühərrik probleminə görə “Starship”in buraxılışını son dəqiqədə ləğv edib

Amerikanın “SpaceX” şirkəti 13-cü sınaq uçuşu üçün planlaşdırılan “Starship” prototip raketinin buraxılışını son anda ləğv edib. Əks-səda xəbər verir ki, uçuşdan əvvəlki hazırlıqlar şirkətin “X” sosial şəbəkəsindəki hesabında canlı yayımlanıb. Daha sonra “SpaceX”in baş direktoru İlon Mask mühərriklərin bəzi hissələrinin işə düşməməsindən sonra avtomatik buraxılışın dayandırıldığını açıqlayıb. “Bəzi mühərriklər işə düşmədi və bu da avtomatik buraxılışın […]

Amerikanın “SpaceX” şirkəti 13-cü sınaq uçuşu üçün planlaşdırılan “Starship” prototip raketinin buraxılışını son anda ləğv edib.

Əks-səda xəbər verir ki, uçuşdan əvvəlki hazırlıqlar şirkətin “X” sosial şəbəkəsindəki hesabında canlı yayımlanıb.

Daha sonra “SpaceX”in baş direktoru İlon Mask mühərriklərin bəzi hissələrinin işə düşməməsindən sonra avtomatik buraxılışın dayandırıldığını açıqlayıb.

“Bəzi mühərriklər işə düşmədi və bu da avtomatik buraxılışın dayandırılmasına səbəb oldu. Ümid edirik ki, bir neçə gündən sonra yenidən cəhd edəcəyik”, – o bildirib.

“Starship”in əvvəlki sınaq buraxılışı mayda baş tutub. Onda üçüncü nəsil V3 prototipi sıçrayışdan sonra partlayıb. “SpaceX” o vaxtdan bəri lazımi proqram təminatında dəyişikliklər etdiyini və sınaq zamanı müəyyən olunmuş problemlərin aradan qaldırıldığını bildirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.