• Home  
  • Sumqayıtda sexdə yanğın olub
- Gündəm - Hadisə - Ölkə

Sumqayıtda sexdə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub. Əks-səda xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında tikilmiş ümumi sahəsi 1600kv.m. olan […]

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Əks-səda xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında tikilmiş ümumi sahəsi 1600kv.m. olan obyektlərdən avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən hissədə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazasında baş vermiş yanğın genişlənərək digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Bitişik yerləşən digər obyektlər yanğından mühafizə olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.