• Home  
  • Suraxanıda evlərdən 29 min manatlıq oğurluq edilib
- Gündəm - KriminaI - Ölkə

Suraxanıda evlərdən 29 min manatlıq oğurluq edilib

Suraxanı rayonu ərazisində yerləşən 10 evdən müxtəlif vaxtlarda ümumilikdə 29 min 530 manat dəyərində pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb. Əks-səda xəbər verir ki, rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Tural Əmişov saxlanılıb. Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə […]

Suraxanı rayonu ərazisində yerləşən 10 evdən müxtəlif vaxtlarda ümumilikdə 29 min 530 manat dəyərində pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Əks-səda xəbər verir ki, rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Tural Əmişov saxlanılıb.

Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.