• Home  
  • Tanzaniyada iki avtobus toqquşub, səkkiz nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Tanzaniyada iki avtobus toqquşub, səkkiz nəfər həlak olub

Tanzaniyada iki sərnişin avtobusunun toqquşması nəticəsində səkkiz nəfər həlak olub, 66 nəfər isə yaralanıb. Əks-səda xəbər verir ki, yol-nəqliyyat hadisəsi Dodoma regionunun Bahi dairəsində baş verib. Dodomanın regional komissarı Rozmari Senyamulenin sözlərinə görə, yeddi nəfər hadisə yerində həlak olub, bir nəfər isə sonradan xəstəxanasında vəfat edib. İlkin məlumatlara görə, qəza avtobuslardan birinin sürücüsü manevrin təhlükəsizliyinə əmin olmadan […]

Tanzaniyada iki sərnişin avtobusunun toqquşması nəticəsində səkkiz nəfər həlak olub, 66 nəfər isə yaralanıb.

Əks-səda xəbər verir ki, yol-nəqliyyat hadisəsi Dodoma regionunun Bahi dairəsində baş verib.

Dodomanın regional komissarı Rozmari Senyamulenin sözlərinə görə, yeddi nəfər hadisə yerində həlak olub, bir nəfər isə sonradan xəstəxanasında vəfat edib.

İlkin məlumatlara görə, qəza avtobuslardan birinin sürücüsü manevrin təhlükəsizliyinə əmin olmadan digər nəqliyyat vasitəsini ötməyə cəhd etdikdən sonra baş verib.

Qeyd olunub ki, xəsarət alanlardan bir neçə nəfərin vəziyyəti kritikdir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.