Tatarıstanda (“SİBUR” neft-qaz-kimya holdinqinə daxil olan) “Nijnekamskneftexim” ASC-nin ərazisində yanğın baş verib,
Əks-səda xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.
“İşə çevik reaksiya xidmətləri cəlb olunub. İnsanların həyatı və sağlamlığı üçün təhlükə yoxdur”, – məlumatda deyilir.\
“Akkreditə olunmuş laboratoriyaların mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinin monitorinqi aparılır, onun nəticələri müəssisənin saytında və rəsmi sosial şəbəkələrdə yayımlanacaq”, – şirkətdən dəqiqləşdirilib.
Yanğının səbəbləri araşdırılır.


