• Home  
  • Tramp Çin şirkətlərinin ABŞ-də avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
- Dünya - Gündəm - İQTİSADİYYAT

Tramp Çin şirkətlərinin ABŞ-də avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib

ABŞ Prezidenti Donald Tramp Çin şirkətlərinin ölkə ərazisində avtomobil zavodları tikməsinə etiraz etmədiyini bildirib. Əks-səda xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib. “Əgər Çin buraya gəlib öz avtomobillərinin istehsalı üçün zavod açmaq istəsəydi, mən buna qarşı olmazdım. Yaponiya bunu edir. Amma onlar bizim insanlarımızı işə götürürlər. Əsas məsələ onların bizim insanlarımızı işlə təmin […]

Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Çin şirkətlərinin ölkə ərazisində avtomobil zavodları tikməsinə etiraz etmədiyini bildirib.

Əks-səda xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“Əgər Çin buraya gəlib öz avtomobillərinin istehsalı üçün zavod açmaq istəsəydi, mən buna qarşı olmazdım. Yaponiya bunu edir. Amma onlar bizim insanlarımızı işə götürürlər. Əsas məsələ onların bizim insanlarımızı işlə təmin etməsidir”, – ABŞ Prezidenti bildirib.

Tramp, eyni zamanda, Çin şirkətlərinin avtomobilləri daha aşağı xərclərlə Meksikada istehsal edərək ABŞ bazarına çıxarmasına qarşı olduğunu vurğulayıb.

“Mən onların avtomobilləri aşağı xərclərlə Meksikada istehsal edib sadəcə sərhəddən ABŞ-yə gətirməsini istəmirəm. Buna imkan verilməyəcək”, – o qeyd edib.

ABŞ-Çin ticarət-iqtisadi münasibətlərindən danışan Tramp hazırda iki ölkə arasında vəziyyətin yaxşı olduğunu bildirib.

“Hazırda Çinlə işlərimiz çox yaxşı gedir. Əvvəllər çox pis gedirdi, amma indi yaxşıdır”, – ABŞ Prezidenti əlavə edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.