• Home  
  • Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
- Cəmiyyət - Gündəm - Ölkə

Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Türkiyədən Azərbaycana gətirilən 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, idxal olunan iki adda bioloji aktiv qida məhsulunun (BAQM) laborator müayinələri aparılıb. Müayinələr zamanı “Baku Pharm” MMC-nin idxal etdiyi, “Honor İlaç Sanayi Ve Ticaret Ltd Şti” müəssisəsinin istehsalı […]

Türkiyədən Azərbaycana gətirilən 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, idxal olunan iki adda bioloji aktiv qida məhsulunun (BAQM) laborator müayinələri aparılıb.

Müayinələr zamanı “Baku Pharm” MMC-nin idxal etdiyi, “Honor İlaç Sanayi Ve Ticaret Ltd Şti” müəssisəsinin istehsalı olan 5059 ədəd “Nosetin” əmtəə nişanlı məhsulun (istehsal və son istifadə tarixləri: 01.10.2025–01.10.2028, partiya nömrəsi: HNRNTN2) tərkibində “L-carnitine” və “Citicoline” maddələrinin miqdarının normadan aşağı olduğu müəyyən edilib.

Həmçinin, “EN Life Group” MMC-nin idxal etdiyi, “Aspar İlaç Kozmetik Gida Sanayi A.Ş.” müəssisəsinin istehsalı olan 5000 ədəd “Magintens” əmtəə nişanlı BAQM-da (istehsal və son istifadə tarixləri: 01.04.2026–01.04.2029, partiya nömrəsi: MS 00501) “Vitamin B2” və “Maqnezium bisqlisinat + maqnezium sitrat”ın miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq hər iki məhsul partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb və məhv olunması təmin edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.