• Home  
  • Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 67 şübhəli həbs edilib
- Dünya - Gündəm - Hadisə

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 67 şübhəli həbs edilib

Türkiyənin paytaxtı Ankarada cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat çərçivəsində 67 şübhəli şəxs həbs edilib. Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, Ankara Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırmalar nəticəsində cinayətkar qruplaşmalarla əlaqəli olan 114 şübhəlinin kimliyi müəyyənləşdirilib. “Onlardan 82-si barəsində saxlanılma qərarı çıxarılıb, 67-si barəsində həbs qərarı verilib. Digər 15 şübhəli […]

Hadisə

Türkiyənin paytaxtı Ankarada cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat çərçivəsində 67 şübhəli şəxs həbs edilib.

Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Ankara Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırmalar nəticəsində cinayətkar qruplaşmalarla əlaqəli olan 114 şübhəlinin kimliyi müəyyənləşdirilib.

“Onlardan 82-si barəsində saxlanılma qərarı çıxarılıb, 67-si barəsində həbs qərarı verilib. Digər 15 şübhəli isə məhkəmə nəzarəti tədbiri ilə azadlığa buraxılıb”, – məlumatda qeyd olunub.

Hazırda Baş Prokurorluq tərəfindən digər şübhəlilərin tutulması istiqamətində araşdırmaların davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.