• Home  
  • UEFA Avropa Liqası: “Qarabağ”ın III təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib
- Gündəm - Idman

UEFA Avropa Liqası: “Qarabağ”ın III təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib

“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Əks-səda xəbər verir ki, “köhlən atlar” turnirin II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasını məğlub etsə, “Şerif” (Moldova) – “Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. “Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”a uduzsa, UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Sofiya, […]

“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Əks-səda xəbər verir ki, “köhlən atlar” turnirin II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasını məğlub etsə, “Şerif” (Moldova) – “Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”a uduzsa, UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasında bu raundun matçları 6 və 13 avqusta təsadüf edəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.