• Home  
  • Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
- Dünya - Gündəm

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki əsas hərbi müəssisələrdən birinə, eləcə də təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib. “Bu gün Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki mühüm hərbi müəssisələrdən birini vurub. Bu müəssisə Rusiyanın aviasiya və raket texnikası […]

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki əsas hərbi müəssisələrdən birinə, eləcə də təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib.

“Bu gün Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki mühüm hərbi müəssisələrdən birini vurub. Bu müəssisə Rusiyanın aviasiya və raket texnikası üçün komponentlər tədarük edir”, – o qeyd edib.

V.Zelenski həmçinin bildirib ki, Ukrayna qüvvələri ölkə sərhədindən təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib.

Onun sözlərinə görə, Rusiya ordusunu dronlar üçün komponentlər, naviqasiya avadanlıqları və s. ilə təmin edən Rusiya logistikasına qarşı əməliyyat da davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.