• Home  
  • Ukrayna Sızranda neft emalı zavoduna zərbə endirib
- Dünya - Gündəm - Hadisə

Ukrayna Sızranda neft emalı zavoduna zərbə endirib

Ukrayna Rusiyanın Samara vilayətindəki Sızran neft emalı zavoduna (NEZ) PUA-larla zərbə endirildiyini bildirib. Əks-səda xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko teleqram kanalında məlumat verib. Ukraynanın “Exilenova+” və “Supernova+” monitorinq “Telegram” kanallarının məlumatına görə, müəssisə ərazisində silsilə partlayışlar olub. Sızran neft emalı zavodu “Rosneft” şirkətinin […]

Ukrayna Rusiyanın Samara vilayətindəki Sızran neft emalı zavoduna (NEZ) PUA-larla zərbə endirildiyini bildirib.

Əks-səda xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko teleqram kanalında məlumat verib.

Ukraynanın “Exilenova+” və “Supernova+” monitorinq “Telegram” kanallarının məlumatına görə, müəssisə ərazisində silsilə partlayışlar olub.

Sızran neft emalı zavodu “Rosneft” şirkətinin strukturuna daxildir və Samara vilayətinin ən böyük neft emalı müəssisələrindən biridir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.