• Home  
  • Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb

Krımın Yalta şəhərində çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində 17 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Krım rəhbərinin müşaviri Oleq Kryuçkov bildirib. Onun sözlərinə görə, gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları Yaltaya hücum edib. PUA-lardan biri çoxmərtəbəli yaşayış binasına düşüb. Kryuçkov əvvəlcə 13 nəfərin yaralandığını, onlardan üçünün vəziyyətinin ağır olduğunu, […]

Krımın Yalta şəhərində çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində 17 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Krım rəhbərinin müşaviri Oleq Kryuçkov bildirib.

Onun sözlərinə görə, gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları Yaltaya hücum edib. PUA-lardan biri çoxmərtəbəli yaşayış binasına düşüb.

Kryuçkov əvvəlcə 13 nəfərin yaralandığını, onlardan üçünün vəziyyətinin ağır olduğunu, 6 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.

Daha sonra o, yaralıların sayının 17 nəfərə çatdığını açıqlayıb.

Ukrayna tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.