• Home  
  • Vyetnamda daşqın və torpaq sürüşmələri nəticəsində 5 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Vyetnamda daşqın və torpaq sürüşmələri nəticəsində 5 nəfər ölüb

Son bir həftə ərzində Vyetnamın şimalında baş verən şiddətli yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Əks-səda “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə Vyetnamın Təbii Fəlakətlərlə Mübarizə və Bəndlərin İnşası İdarəsi məlumat yayıb. Bildirilib ki, daha üç nəfər itkin düşüb. Hakimiyyət orqanlarının məlumatına görə, bütün qurbanlar Layçau əyalətində qeydə alınıb. […]

Son bir həftə ərzində Vyetnamın şimalında baş verən şiddətli yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Əks-səda “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə Vyetnamın Təbii Fəlakətlərlə Mübarizə və Bəndlərin İnşası İdarəsi məlumat yayıb.

Bildirilib ki, daha üç nəfər itkin düşüb.

Hakimiyyət orqanlarının məlumatına görə, bütün qurbanlar Layçau əyalətində qeydə alınıb.

Bundan başqa, ümumilikdə 427 ev dağılıb və ya zədələnib, 140-a yaxın ailə isə yüksək riskli zonalardan təxliyə edilib.

Ümumi iqtisadi itkilər 362,46 milyard Vyetnam donqu (təxminən 14,3 milyon dollar) həcmində qiymətləndirilir.

Yerli hakimiyyət orqanları zərərin tam miqyasını qiymətləndirməyə davam edirlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.