• Home  
  • Xaçmazda yük qatarının altında qalan şəxs ölüb
- Gündəm - Hadisə - Ölkə

Xaçmazda yük qatarının altında qalan şəxs ölüb

Bu gün saat 05:05 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb. Əks-səda xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, həmin şəxs vəfat edib. “ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən […]

Hadisə

Bu gün saat 05:05 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb.

Əks-səda xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, həmin şəxs vəfat edib.

“ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır. Nəzərə almaq lazımdır ki, diqqətsizlik, tələskənlik, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur”, – deyə səhmdar cəmiyyəti bəyan edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.