• Home  
  • Xankəndi – Şuşa yolunda avtoqəza: 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb
- Gündəm - Hadisə - Ölkə

Xankəndi – Şuşa yolunda avtoqəza: 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb

Xankəndi – Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, Bayram Verdiyev adlı sürücü Şuşadan Xankəndi istiqamətində “Tofaş” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində B.Verdiyev hadisə yerində həyatını itirib. Avtomobildə olan Orxan Şirinov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xankəndi – Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, Bayram Verdiyev adlı sürücü Şuşadan Xankəndi istiqamətində “Tofaş” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində B.Verdiyev hadisə yerində həyatını itirib. Avtomobildə olan Orxan Şirinov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.