• Home  
  • Yəmən və Somalidə dəniz quldurları iki gəmi ələ keçirib
- Dünya - Gündəm - Hadisə

Yəmən və Somalidə dəniz quldurları iki gəmi ələ keçirib

Dəniz quldurları Yəmən və Somali sahillərində iki kommersiya gəmisini ələ keçiriblər. Əks-səda xəbər verir ki, Eritreya bayrağı altında üzən “Sibu 1” tankeri Yəmən sahillərindən təxminən 30 dəniz mili məsafədə, Ədən körfəzində altı silahlı tərəfindən ələ keçirilib. Tankerin göyərtəsində 20 heyət üzvü, o cümlədən 16 Hindistan vətəndaşı olub. Digər dənizçilər Suriya, Sudan və İraq vətəndaşlarıdır, daha bir […]

Dünya, hadisə

Dəniz quldurları Yəmən və Somali sahillərində iki kommersiya gəmisini ələ keçiriblər.

Əks-səda xəbər verir ki, Eritreya bayrağı altında üzən “Sibu 1” tankeri Yəmən sahillərindən təxminən 30 dəniz mili məsafədə, Ədən körfəzində altı silahlı tərəfindən ələ keçirilib.

Tankerin göyərtəsində 20 heyət üzvü, o cümlədən 16 Hindistan vətəndaşı olub. Digər dənizçilər Suriya, Sudan və İraq vətəndaşlarıdır, daha bir heyət üzvünün vətəndaşlığı isə hələlik müəyyən edilməyib.

Dəniz Administrasiyası İdarəsinin məlumatına görə, heyət üzvləri təhlükəsiz vəziyyətdədir. Gəminin və dənizçilərin hazırkı vəziyyəti ilə bağlı yeni məlumatların daxil olacağı gözlənilir.

İkinci insident zamanı quldurlar Somalinin Puntlend regionunun sahillərində Kamerun bayrağı altında üzən “Lutuv” yük gəmisini ələ keçiriblər. Onun göyərtəsində 10 heyət üzvü, o cümlədən 6 Hindistan vətəndaşı olub.

Gəmi Marrayya yaşayış məntəqəsindən təxminən 3,5 dəniz mili aralığında ələ keçirildikdən sonra Nuqal sahillərinə yönləndirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.