• Home  
  • Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət edib
- Cəmiyyət - Gündəm - Ölkə

Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) səfərdən geri qayıdan sürücülərə müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə BDYP məlumat yayıb. Yol polisi bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücüləri yollarda daha diqqətli olmağa çağırıb: “Xüsusilə geri dönüş zamanı nəqliyyat axınının intensivləşməsi nəzərə alınmalı, tələskənliyə yol verilməməli, təhlükəli ötmə manevrlərindən […]

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) səfərdən geri qayıdan sürücülərə müraciət edib.

Əks-səda xəbər verir ki, bu barədə BDYP məlumat yayıb.

Yol polisi bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücüləri yollarda daha diqqətli olmağa çağırıb:

“Xüsusilə geri dönüş zamanı nəqliyyat axınının intensivləşməsi nəzərə alınmalı, tələskənliyə yol verilməməli, təhlükəli ötmə manevrlərindən çəkinilməlidir. Uzun məsafəli səfərlərdən qayıdarkən sürücülərin diqqət etməli olduğu əsas məqamlardan biri də yorğunluqdur. Unutmayaq ki, sükan arxasında yorğunluq diqqətin yayınmasına, reaksiya müddətinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər”.

BDYP sürücülərə səfər zamanı mütəmadi fasilələr verməyi, yuxusuz və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.