• Home  
  • Zelenski Rusiyada neft və logistika obyektlərinə zərbə endirildiyini təsdiqləyib
- Dünya - Gündəm - Manşet

Zelenski Rusiyada neft və logistika obyektlərinə zərbə endirildiyini təsdiqləyib

Prezident Volodimir Zelenski Ukrayna ordusunun Rusiyanın Moskva və Tambov regionlarına dron hücumları etməsini təsdiqləyib. Əks-səda xəbər verir ki, o, bu barədə “X” səhifəsində yazıb. Zelenskinin sözlərinə görə, Ukrayna ordusunun hücum etdiyi obyektlər cəbhə xəttindən 500 kilometrdən çox, təxminən 700 kilometr uzaqlıqda yerləşir. Ukrayna lideri sözügedən müəssisələrin Rusiyanın dron istehsalı komponentlərinin təchizatında və naviqasiya texnologiyasının hazırlanmasında istifadə […]

Prezident Volodimir Zelenski Ukrayna ordusunun Rusiyanın Moskva və Tambov regionlarına dron hücumları etməsini təsdiqləyib.

Əks-səda xəbər verir ki, o, bu barədə “X” səhifəsində yazıb.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusunun hücum etdiyi obyektlər cəbhə xəttindən 500 kilometrdən çox, təxminən 700 kilometr uzaqlıqda yerləşir.

Ukrayna lideri sözügedən müəssisələrin Rusiyanın dron istehsalı komponentlərinin təchizatında və naviqasiya texnologiyasının hazırlanmasında istifadə olunduğunu bildirib.

“Bundan başqa, bir neft təsisatı da vurulub. Əlavə olaraq, Ukraynanın ortamənzilli zərbələri Qara və Azov dənizlərindəki hədəflərə, müvəqqəti işğal olunmuş Krımdakı obyektlərə də dəyib”, – Zelenski qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.