• Home  
  • Bakıda Ziya Bünyadov prospektində avtobus zolağının müddəti 1 saat uzadılıb
- Cəmiyyət - Gündəm - Ölkə

Bakıda Ziya Bünyadov prospektində avtobus zolağının müddəti 1 saat uzadılıb

Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Bakının Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində (“20 Yanvar” metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti axşam saatlarında 1 saat artırılıb. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bununla […]

Cəmiyyət

Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Bakının Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində (“20 Yanvar” metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti axşam saatlarında 1 saat artırılıb.

Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bununla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədəolma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət zolağının qəvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.