• Home  
  • Trampla Ərdoğan arasında telefon danışığı olub
- Dünya - Gündəm - Siyasət

Trampla Ərdoğan arasında telefon danışığı olub

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşü ilə bağlı telefon zəngi edib. Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, telefon zəngi Türkiyədə 29 Oktyabr – Respublika Günü münasibətilə TDT liderlərinin iştirakı ilə keçirilən axşam yeməyi zamanı baş tutub. Bildirilib […]

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşü ilə bağlı telefon zəngi edib.

Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, telefon zəngi Türkiyədə 29 Oktyabr – Respublika Günü münasibətilə TDT liderlərinin iştirakı ilə keçirilən axşam yeməyi zamanı baş tutub.

Bildirilib ki, Ərdoğan ABŞ Prezidentinə yeməkdə iştirak edən liderlərin salamlarını çatdırıb.

Türkiyə Prezidenti TDT-nin XIII Zirvə Görüşünün Ankarada keçiriləcəyini qeyd edib. O, 200 milyondan çox əhalisi olan Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyin ünvanına çevrilən təşkilatın inkişafına töhfə verəcək qərarların qəbul olunacağını bildirib.

Tramp isə Ərdoğana TDT Liderlər Zirvə Görüşünün keçirilməsi ilə bağlı uğurlar arzulayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.