• Home  
  • Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib
- Dünya - Gündəm - Hadisə

Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib

Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə “24.kg” portalı Qırğızıstan Seysmologiya İnstitutunun məlumatlarına istinadən məlumat yayıb. Zəlzələnin episentri ölkənin cənubunda, sərhədyanı rayonda yerləşib. Bildirilib ki, saat 03:44-də (Bakı vaxtı ilə 01:44-də) Qırğızıstan ərazisində 3,5 maqnitudalı daha bir zəlzələ qeydə alınıb, saat 04:50-də (Bakı vaxtı ilə 02:50-də) isə Tacikistanla […]

Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib.

Əks-səda xəbər verir ki, bu barədə “24.kg” portalı Qırğızıstan Seysmologiya İnstitutunun məlumatlarına istinadən məlumat yayıb.

Zəlzələnin episentri ölkənin cənubunda, sərhədyanı rayonda yerləşib.

Bildirilib ki, saat 03:44-də (Bakı vaxtı ilə 01:44-də) Qırğızıstan ərazisində 3,5 maqnitudalı daha bir zəlzələ qeydə alınıb, saat 04:50-də (Bakı vaxtı ilə 02:50-də) isə Tacikistanla sərhəddə 4,5 maqnitudalı zəlzələ olub, episentri Oşdan 127 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar Özbəkistan ərazisində də hiss olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.