• Home  
  • Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
- Gündəm - Ölkə - Siyasət

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib. “Park türk xalqlarının ortaq tarixi və mədəni irsini, zəngin sivilizasiya ənənələrini və ümumi dəyərlərini təcəssüm etdirir. Bu təşəbbüs türk dövlətləri arasında […]

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Park türk xalqlarının ortaq tarixi və mədəni irsini, zəngin sivilizasiya ənənələrini və ümumi dəyərlərini təcəssüm etdirir. Bu təşəbbüs türk dövlətləri arasında mədəni əlaqələrin gücləndirilməsinə, xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığın təşviqinə töhfə verir”, – paylaşımda bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.