Year: 2026

Cəmiyyət Gündəm KriminaI Ölkə

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Noyabrın 3-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbaraatan, 3 qumbara, 1 alışdırıcı və 5 tüfəng aşkar edilərək götürülüb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki,qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Gündəm Hadisə Ölkə

İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb

İsmayıllı rayonunda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb. Əks-səda xəbər verir ki, noyabrın 3-də saat 19:00 radələrində Muğanlı-İsmayıllı yolunun rayonun Tircan kəndindən keçən hissəsində İlqar Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 56 yaşlı Oruc Səfərovu vurub. O.Səfərov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Dünya Gündəm KriminaI

Ermənistan İstintaq Komitəsi Samvel Karapetyan və Narek Karapetyanın evində axtarışlar aparır

Ermənistan İstintaq Komitəsinin müstəntiqləri “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın və eyniadlı parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evində axtarışlar aparırlar. Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Axtarışlar həmçinin Karapetyanlarla əlaqəli digər ünvanlarda da aparılır. Qeyd edək ki, Samvel Karapetyan 2026-cı il yanvarın 19-dan ev dustaqlığındadır. O, 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə […]

Gündəm Hadisə Ölkə

Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb

Bakının Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Əks-səda xəbər verir ki, İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə piyada, 1946-cı il təvəllüdlü Əfsər Əkbər oğlu Əhmədovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Dünya Gündəm Hadisə

Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib

Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə “24.kg” portalı Qırğızıstan Seysmologiya İnstitutunun məlumatlarına istinadən məlumat yayıb. Zəlzələnin episentri ölkənin cənubunda, sərhədyanı rayonda yerləşib. Bildirilib ki, saat 03:44-də (Bakı vaxtı ilə 01:44-də) Qırğızıstan ərazisində 3,5 maqnitudalı daha bir zəlzələ qeydə alınıb, saat 04:50-də (Bakı vaxtı ilə 02:50-də) isə Tacikistanla […]

Cəmiyyət Gündəm Ölkə

BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi məhdudlaşıb. Əks-səda xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət edib. Bildirilib ki, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə azaldır ki, bu da […]

Gündəm Idman Ölkə

UEFA Çempionlar Liqası: “Sabah” Norveçdə “Vikinq”lə üz-üzə gəlir

“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. Əks-səda xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə “Vikinq”in qonağı olacaq. Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq. “Sabah” daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin “Mançester Yunayted” […]

Dünya Gündəm Hadisə

Haiti Salvadorla birlikdə silahlı dəstələrə qarşı genişmiqyaslı əməliyyata başlayıb

Salvador Ordusunun hərbi qulluqçuları Haiti Milli Polisinin əməkdaşları ilə həmin ölkənin silahlı dəstələrinə qarşı genişmiqyaslı quru əməliyyatına başlayıblar. Əks-səda xəbər verir ki, bu barədə Milli Polis “X” sosial şəbəkəsində xəbər verib. Kul-de-Sak düzənliyində zirehli texnikanın dəstəyi ilə keçirilən birgə əməliyyatın məqsədi qanunsuz nəzarət məntəqələrini dağıtmaq, adam oğurluğu ilə mübarizə aparmaq və cinayətkar qruplar tərəfindən əhaliyə qarşı […]

Dünya Gündəm

Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb

Şimali Koreya lideri Kim Çen In Nampo Gəmiqayırma Zavodunu ziyarət edərək yeni gəminin tikintisi ilə tanış olub. Əks-səda xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi xəbər verib. Agentliyin məlumatına görə, gəmiqayırma zavodu istehsal proseslərini modernləşdirməyə davam edir və yeni gəminin tikintisi sürətləndirilmiş templə davam edir. Kim Çen In gəmini yoxlayıb və işin gedişatını nəzərdən […]

Dünya Gündəm Hadisə

Rusiyanın cənubunda “Ozon” logistika mərkəzində dron hücumundan sonra yanğın olub

Rusiyanın Adıgey Respublikasında “Ozon” logistika mərkəzində dron hücumu yanğına səbəb olub. Əks-səda xəbər verir ki, şirkət bu barədə Teleqram kanalında açıqlayıb. “Biz bütün işçiləri qısa zamanda təxliyə etdik; heç kim xəsarət almayıb. Yanğın baş verib və təcili yardım xidmətləri hadisə yerində işləyir”, – məlumatda deyilir. Qeyd olunur ki, mərkəzdən gələn məhsullar nümayişdən çıxarılacaq və “Ozon”un digər […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.