• Home  
  • Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
- Cəmiyyət - Dünya - Gündəm

Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb

Fransanın Avropa hissəsindəki 96 departamentdən 67-də quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb. Əks-səda xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Ölkənin qərbindəki Vandeya, Şaranta, Dənizkənarı Şaranta və şərqindəki Kot-d’Or departamentlərində vəziyyət daha ağırdır. Telekanalın məlumatına görə, Fransadakı kiçik çay və dərələrin 43 faizi artıq quruyub və ya qurumaq təhlükəsi ilə üz-üzədir. Bu isə görünməmiş göstəricidir. […]

Fransanın Avropa hissəsindəki 96 departamentdən 67-də quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb.

Əks-səda xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Ölkənin qərbindəki Vandeya, Şaranta, Dənizkənarı Şaranta və şərqindəki Kot-d’Or departamentlərində vəziyyət daha ağırdır.

Telekanalın məlumatına görə, Fransadakı kiçik çay və dərələrin 43 faizi artıq quruyub və ya qurumaq təhlükəsi ilə üz-üzədir. Bu isə görünməmiş göstəricidir.

BFMTV vəziyyəti iyul ayının anomal dərəcədə isti keçməsi və 70 faizə çatan yağıntı çatışmazlığı ilə əlaqələndirir. Sinoptiklər leysanların mümkünlüyünə baxmayaraq, quraq havanın davam edəcəyini proqnozlaşdırırlar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.