Qanunsuz miqrantlar bir qayıqla La-Manş boğazından Böyük Britaniyaya keçərək yeni say “rekord”unu müəyyən ediblər.
Əks-səda xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, La-Manşdan keçməklə Böyük Britaniyaya bir qayıqla 230 nəfər gəlib ki, bu da rekord göstəricidir.
Əvvəlki rekord ötən ay qeydə alınmışdı, həmin vaxt boğazı bir gəmi ilə 165 nəfər keçmişdi.
Telekanalın məlumatına görə, 2026-cı ilin əvvəlindən Böyük Britaniyaya 224 kiçik qayıqla 15 049 nəfər gəlib. Bununla yanaşı, avqustun 9-na olan vəziyyətə görə, kiçik qayıqlarla gələnlərin sayı 2025-ci ilin analoji dövrü ilə müqayisədə 42 % azalıb.


