• Home  
  • Azərbaycanda vahid kibertəhlükəsizlik platforması yaradılır
- Cəmiyyət - Gündəm - Ölkə - Texnologiya

Azərbaycanda vahid kibertəhlükəsizlik platforması yaradılır

Azərbaycanda vahid kibertəhlükəsizlik platformasının yaradılmasına başlanılıb. Əks-səda xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi hazırlıqlara başlayıb. Platformaya təxminən 436 min manat xərclənməsi nəzərdə tutulur. Sistem xeyli sayda moduldan ibarət olacaq, Agentliyin əməkdaşları üçün təhdid kəşfiyyatı məlumatlarının paylaşılması, hadisə və indikatorların paylaşılması, təşkilatların qoşulması, sorğuların yaradılaraq izlənilməsi, sorğu anketlərin göndərilməsi, […]

Texnologiya

Azərbaycanda vahid kibertəhlükəsizlik platformasının yaradılmasına başlanılıb.

Əks-səda xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi hazırlıqlara başlayıb.

Platformaya təxminən 436 min manat xərclənməsi nəzərdə tutulur.

Sistem xeyli sayda moduldan ibarət olacaq, Agentliyin əməkdaşları üçün təhdid kəşfiyyatı məlumatlarının paylaşılması, hadisə və indikatorların paylaşılması, təşkilatların qoşulması, sorğuların yaradılaraq izlənilməsi, sorğu anketlərin göndərilməsi, faylların “sandbox” mühitində analizi, təhlükəsizlik boşluqları və nüfuzetmə testlərinin tapıntılarını qarşı tərəfə ötürülməsi, eləcə də resurs kitabxanası (ing. “knowledge base”) ilə əlaqəli funksiyaları təmin edəcək.

Bu məsələ, Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixində təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planında öz əksini tapıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.