• Home  
  • Tatarıstana dronla zərbələr nəticəsində 7 Özbəkistan vətəndaşı ölüb
- Dünya - Gündəm - Hadisə

Tatarıstana dronla zərbələr nəticəsində 7 Özbəkistan vətəndaşı ölüb

Tatarıstan Respublikasının (Rusiya) Nijnekamsk şəhərindəki bir sıra obyektlərə pilotsuz uçuş aparatları ilə (PUA) zərbələr nəticəsində 7 Özbəkistan vətəndaşı ölüb. Əks-səda xəbər verir ki, bu barədə Özbəkistanın Kazandakı Baş Konsulluğu məlumat yayıb. Konsulluqdan bildirilib ki, vəziyyət nəzarətə götürülüb və baş verənlərin təfərrüatlarını aydınlaşdırmaq üçün yerli səlahiyyətli orqanlar və istintaq strukturları ilə zəruri əlaqələr qurulub. Məhkəmə-tibbi ekspertizası və […]

Tatarıstan Respublikasının (Rusiya) Nijnekamsk şəhərindəki bir sıra obyektlərə pilotsuz uçuş aparatları ilə (PUA) zərbələr nəticəsində 7 Özbəkistan vətəndaşı ölüb.

Əks-səda xəbər verir ki, bu barədə Özbəkistanın Kazandakı Baş Konsulluğu məlumat yayıb.

Konsulluqdan bildirilib ki, vəziyyət nəzarətə götürülüb və baş verənlərin təfərrüatlarını aydınlaşdırmaq üçün yerli səlahiyyətli orqanlar və istintaq strukturları ilə zəruri əlaqələr qurulub.

Məhkəmə-tibbi ekspertizası və zəruri rəsmi prosedurlar başa çatdıqdan sonra ölən vətəndaşların meyitlərinin vətənə çatdırılması planlaşdırılır.

Tatarıstanın hüquq-mühafizə orqanlarının məlumatına görə, baş vermiş hadisə nəticəsində 13 nəfər ölüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.