• Home  
  • Etna vulkanının püskürməsi səbəbilə Kataniya hava limanının bağlı qalma müddəti uzadılıb
- Dünya - Gündəm - Hadisə

Etna vulkanının püskürməsi səbəbilə Kataniya hava limanının bağlı qalma müddəti uzadılıb

Siciliyadakı Etna vulkanının püskürməsi və atmosferə vulkan külünün atılması səbəbilə Kataniya hava limanının bağlı qalma müddəti uzadılıb. Əks-səda xəbər verir ki, bütün uçuşlar və hava limanına enişlər avqustun 11-i yerli vaxtla saat 06:00-dək təxirə salınıb. İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, Etna vulkanının Voracine kraterində intensiv və fasiləsiz partlayış aktivliyi davam edir. Vulkanın külü […]

Siciliyadakı Etna vulkanının püskürməsi və atmosferə vulkan külünün atılması səbəbilə Kataniya hava limanının bağlı qalma müddəti uzadılıb.

Əks-səda xəbər verir ki, bütün uçuşlar və hava limanına enişlər avqustun 11-i yerli vaxtla saat 06:00-dək təxirə salınıb.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, Etna vulkanının Voracine kraterində intensiv və fasiləsiz partlayış aktivliyi davam edir.

Vulkanın külü cənub-cənub-qərb istiqamətində yayılır, iki püskürmə ocağından isə lava axınları çıxır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.