• Home  
  • Ukrayna ordusuna məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb
- Dünya - Gündəm - Hadisə

Ukrayna ordusuna məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb

Odessa vilayətində Ukrayna ordusuna məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, hadisə avqustun 10-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı baş verib. Pilot katapult edərək xilas olub və tibbi müəssisəyə təxliyə edilib. İlkin məlumata əsasən, aviasiya raketinin buraxılması zamanı yaranan texniki nasazlıq nəticəsində təyyarə alışıb və […]

Odessa vilayətində Ukrayna ordusuna məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, hadisə avqustun 10-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı baş verib. Pilot katapult edərək xilas olub və tibbi müəssisəyə təxliyə edilib.

İlkin məlumata əsasən, aviasiya raketinin buraxılması zamanı yaranan texniki nasazlıq nəticəsində təyyarə alışıb və pilot idarəetməni itirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.