• Home  
  • Liviyada dron zərbəsi nəticəsində neft emalı zavodunda yanğın baş verib
- Dünya - Gündəm - Hadisə

Liviyada dron zərbəsi nəticəsində neft emalı zavodunda yanğın baş verib

Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində neft emalı zavoduna endirilən zərbə nəticəsində yanğın baş verib. Əks-səda xəbər verir ki, bu barədə “Al Marsad” portalı məlumat yayıb. Məlumata görə, hücum nəticəsində yanacaq çəni dağılıb, neft emalı zavodunda yanğın qeydə alınıb. Hadisənin təfərrüatları qeyd olunmayıb. Xatırladaq ki, daha əvvəl Əz-Zaviyədəki neft emalı zavodu ərazisində silahlı qruplaşmalar arasında toqquşmalar baş vermiş, […]

Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində neft emalı zavoduna endirilən zərbə nəticəsində yanğın baş verib.

Əks-səda xəbər verir ki, bu barədə “Al Marsad” portalı məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində yanacaq çəni dağılıb, neft emalı zavodunda yanğın qeydə alınıb.

Hadisənin təfərrüatları qeyd olunmayıb.

Xatırladaq ki, daha əvvəl Əz-Zaviyədəki neft emalı zavodu ərazisində silahlı qruplaşmalar arasında toqquşmalar baş vermiş, nəticədə ən azı dörd nəfər həlak olmuşdu. Tripolidən qərbdə yerləşən Əz-Zaviyə Qərbi Liviyanın əsas mərkəzlərindən biri hesab olunur. Şəhərdə ölkənin ən böyük neft emalı zavodu yerləşir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.