Pakistanın Pəncab əyalətinin Kot-Addu şəhərində rikşanın (üçtəkərli nəqliyyat vasitəsi) kanala düşməsi nəticəsində ölənlər var.
Əks-səda xəbər verir ki, ölənlər arasında yetkinlik yaşına çatmayan 6 nəfər var. 6 nəfər isə xilas edilib.
Qeyd olunub ki, qəza anında içərisində 24 nəfərin olduğu rikşa avqustun 10-da Müzəffərqarh kanalına düşüb. Sərnişinlər qonşu kənddəki toy mərasimindən qayıdırdılar.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyatda yerli sakinlərin dəstəyi ilə Kot-Addu və Müzəffərqarh dairələrindən 8 dalğıc və 22 üzgüçü iştirak edir.


