• Home  
  • Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
- Gündəm - Hadisə - Ölkə

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb […]

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib.

Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü İsmayılov Rüfət İsrayıl oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.