• Home  
  • “Orhus”a qalib gələn “Sabah”  tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib
- Gündəm - Idman - Ölkə

“Orhus”a qalib gələn “Sabah”  tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”a qalib gəlib. Əks-səda xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən cavab matçında ev sahibləri 4:0 hesablı qələbəyə seviniblər. Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (78) və Xander Severina (89) Bakı klubunun qələbə qollarını vurublar. “Bayquşlar” ilk görüşdə 1:2 hesabı ilə məğlub olsa da, […]

“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”a qalib gəlib.

Əks-səda xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən cavab matçında ev sahibləri 4:0 hesablı qələbəyə seviniblər.

Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (78) və Xander Severina (89) Bakı klubunun qələbə qollarını vurublar.

“Bayquşlar” ilk görüşdə 1:2 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacarıb.

Bununla da “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhəlısinə vəsiqə qazanıb.

Azərbaycan çempionu növbəti raundda “Hapoel” (İsrail, Beer-Şeva) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.