• Home  
  • Çin və İndoneziya birgə hərbi təlimlər keçirəcək
- Dünya - Gündəm - Siyasət

Çin və İndoneziya birgə hərbi təlimlər keçirəcək

Çin və İndoneziyanın Hərbi Dəniz Qüvvələri (HDQ) avqustun ortalarında Tayvan adası yaxınlığında dənizdə təlimlər keçirəcək. Əks-səda xəbər verir ki, bu barədə Çinin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər zamanı iki donanmanın freqatları rabitə vasitələrinin işlənməsi və dənizdə ehtiyatların doldurulması əməliyyatları da daxil olmaqla bir sıra manevrlər həyata keçirəcək. “Təlimlərin məqsədi iki ölkənin donanmalarının birgə əməliyyat imkanlarının […]

Çin və İndoneziyanın Hərbi Dəniz Qüvvələri (HDQ) avqustun ortalarında Tayvan adası yaxınlığında dənizdə təlimlər keçirəcək.

Əks-səda xəbər verir ki, bu barədə Çinin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər zamanı iki donanmanın freqatları rabitə vasitələrinin işlənməsi və dənizdə ehtiyatların doldurulması əməliyyatları da daxil olmaqla bir sıra manevrlər həyata keçirəcək.

“Təlimlərin məqsədi iki ölkənin donanmalarının birgə əməliyyat imkanlarının artırılması, praktiki əməkdaşlığın dərinləşdirilməsi və regionda sülh və sabitliyin qorunmasıdır”, – Çinin Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.