Başqırdıstanda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində iki nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.
Əks-səda xəbər verir ki, bu barədə region rəhbəri Radiy Xabirov sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ötən gecə Başqırdıstana 21 pilotsuz uçuş aparatı ilə zərbə endirib, onlardan 16-sı Salavatda vurulub. Zərbənin hədəfi Ufadan 40 km məsafədə yerləşən Çişmi rayonundakı logistika mərkəzi olub. Hazırda obyektdə yanğın söndürülür. Bu prosesə “Ka-32” yanğınsöndürmə-xilasetmə helikopteri də cəlb edilib.


