• Home  
  • Almaniyanın Troyxtlingen şəhərində dəmir yolunda partlayıcı qurğu aşkarlanıb
- Dünya - Gündəm - Hadisə

Almaniyanın Troyxtlingen şəhərində dəmir yolunda partlayıcı qurğu aşkarlanıb

Almaniyanın Troyxtlingen şəhərində (Bavariya əyaləti -red.) vağzalın dəmir yolu xəttində partlayıcı qurğu aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. “Hazırda federal polisin xüsusi təyinatlı qüvvələri potensial partlayış təhlükəsi olan obyekti təhlil edir. Yol hərəkətinə qoyulan irimiqyaslı məhdudiyyətlər hələlik qüvvədə qalır. Hazırda avtomobil və dəmir yolu hərəkəti məhdudiyyətlərinin nə qədər davam edəcəyini əvvəlcədən […]

Almaniyanın Troyxtlingen şəhərində (Bavariya əyaləti -red.) vağzalın dəmir yolu xəttində partlayıcı qurğu aşkarlanıb.

Əks-səda xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Hazırda federal polisin xüsusi təyinatlı qüvvələri potensial partlayış təhlükəsi olan obyekti təhlil edir. Yol hərəkətinə qoyulan irimiqyaslı məhdudiyyətlər hələlik qüvvədə qalır. Hazırda avtomobil və dəmir yolu hərəkəti məhdudiyyətlərinin nə qədər davam edəcəyini əvvəlcədən deyə bilmərik. Alte Burqştrasse/Vettenshaymerştrasse ərazisindən uzaq durmağınızı xahiş edirik”, – polisin məlumatında bildirilib.

Troyxtlingen ərazisində qatarların hərəkəti tam dayandırılıb.

Şəhər Vaysenburq-Quntsenhauzen rayonunda yerləşir, orada təqribən 13 min sakin yaşayır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.