Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Rusiyanın Sevastopol şəhərində minatəmizləmə əməliyyatı zamanı beş nəfər həlak olub.
Əks-səda xəbər verir ki, bu barədə Sevastopolun qubernatoru Mixail Razvojayev teleqram kanalında məlumat verib.
Həlak olanlar arasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Sevastopol üzrə Baş İdarəsinin ixtisaslaşdırılmış dəstəsinin dörd əməkdaşı və obyektin mühafizəçisi var.
İlkin məlumatlara əsasən, pirotexniklər zərbədən sonra əraziyə baxış keçiriblər. Zərərsizləşdirmə işləri aparılarkən partlayıcı vasitələrdən biri partlayıb.


