• Home  
  • Ukrayna Krımdakı obyektlərə zərbələr endirib
- Dünya - Gündəm - Hadisə

Ukrayna Krımdakı obyektlərə zərbələr endirib

Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Krımda iki Rusiya hərbi obyektini vurublar. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin “Telegram” kanalındakı məlumatında qeyd olunub. Ukrayna hərbçilərinin məlumatına görə, Novofedorovka ərazisində “Saki” aerodromunun ərazisindəki dispetçer qülləsi vurulub. Çernomorskoye ərazisində “Geran”/”Gerbera” tipli zərbə pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üçün nəzərdə tutulmuş retranslyator vurulub. Ukrayna Silahlı Qüvvələri qeyd […]

Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Krımda iki Rusiya hərbi obyektini vurublar.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin “Telegram” kanalındakı məlumatında qeyd olunub.

Ukrayna hərbçilərinin məlumatına görə, Novofedorovka ərazisində “Saki” aerodromunun ərazisindəki dispetçer qülləsi vurulub.

Çernomorskoye ərazisində “Geran”/”Gerbera” tipli zərbə pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üçün nəzərdə tutulmuş retranslyator vurulub.

Ukrayna Silahlı Qüvvələri qeyd edib ki, bu obyektlərin vurulması Rusiya qoşunlarının hərbi aerodromun fəaliyyətini təmin etmək və zərbə PUA-nı idarə etmək imkanlarını azaldır.

“Düşmənin əsas hədəfləri üzrə iş davam edir”, – Ukrayna Müdafiə Qüvvələri bildirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.